Bakı–Şımkent arasında birbaşa aviareysin açılması iki şəhər arasında birgə turizm marşrutlarının formalaşdırılmasına imkan yaradacaq.
BUTA.TV xəbər verir ki, bunu Şımkent şəhərinin Turizm, Xarici Əlaqələr və Yaradıcı Sənayelər İdarəsinin rəhbəri Beksultan Adilxanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni reysin istifadəyə verilməsi Şımkent və Bakı arasında əlaqələrin inkişafına əlavə təkan verəcək:
“Bu məqsədlə bu gün turizm operatorları və agentlikləri bir araya gəlib. Tərəflər arasında müvafiq memorandum və əməkdaşlıq sənədləri imzalanıb. Həmin razılaşmalar çərçivəsində birgə turizm marşrutlarının hazırlanması nəzərdə tutulur”.
B.Adilxanov qeyd edib ki, birbaşa hava əlaqəsi turist axınının artmasına müsbət təsir göstərəcək:
“Turistlər səyahət istiqaməti seçərkən ilk növbədə birbaşa uçuşların mövcudluğuna diqqət yetirirlər. Bu isə səfərləri daha rahat edir və qarşılıqlı turist mübadiləsinin artmasına şərait yaradır”.
İdarə rəsmisi əlavə edib ki, turizmlə yanaşı, digər sahələrdə də əməkdaşlıq imkanları mövcuddur:
“Şımkent Cənubi Qazaxıstan regionunun əsas mərkəzlərindən biridir və şəhər ətrafında təxminən 5 milyon nəfər yaşayır ki, bu da müxtəlif birgə investisiya layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar yaradır”.
- Anası ilə alış-verişə çıxmışdı, həmin gün həyatı əbədi dəyişdi - 24 il sonra evə döndü… - Fotolar
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq