Bu günlərdə Fransanın daha bir nəşri – “Le Figaro” Azərbaycan əleyhinə materiallar tirajlayıb.
“BUTA.TV” xəbər verir ki, fransız jurnalistlərin Ermənistanın Sünik bölgəsindən hazırladığı reportajda Qarabağı tərk etmiş ermənilərin Azərbaycana qarşı iftiralarından ibarət hekayələri işıqlandırılıb, azərbaycanlı məcburi köçkünlərin 30 il davam edən ağır taleyi, iztirabları nəzərə alınmayıb və reportajda bu barədə, ümumiyyətlə, bəhs edilməyib.
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist Ayaz Mirzəyev buna etiraz olaraq, “Le Figaro”ya Açıq Məktub göndərib və nəşrin qarşı tərəfin mövqeyini işıqlandırmasını xahiş edib.
O, bildirib ki, balanslı, qərəzsiz jurnalistika yalnız peşə standartı deyil, həm də sülhə xidmət edən ən vacib vasitələrdən biridir:
“Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - Videomüsahibə
“Əgər jurnalistikanın məqsədi insan ağrısını göstərməkdirsə, onda bütün ağrılar görünməlidir.
Əgər məqsəd həqiqəti axtarmaqdırsa, onda bütün tərəflər dinlənilməlidir. Əgər məqsəd sülhə töhfə verməkdirsə, onda yeni qarşıdurmalar yaratmaq deyil, qarşılıqlı anlaşmanı təşviq etmək lazımdır. Bu gün regionun uşaqlarının yeni müharibələr deyil, sülh içində böyüməyə ehtiyacı var. Bu məqsədə çatmaq üçün isə jurnalistlərin üzərinə xüsusi məsuliyyət düşür.
Mən azərbaycanlı jurnalist kimi “Le Figaro”dakı həmkarlarıma müraciət edirəm: Qarabağ mövzusunu araşdırarkən yalnız bir tərəfin deyil, bütün insanların hekayələrinə yer verin”.
Ayaz Mirzəyev “Le Figaro”ya cavab məqaləsini 2026-cı ilin 16 iyununda göndərib, elə həmin də gün də “Le Figaro”dan imtina cavabı gəlib.
Cavabı “Le Figaro”nun beynəlxalq istiqamət üzrə direktor-redaktorunun müavini Philippe Gélie yollayıb:
“Açıq Məktub”unuzu dərc edə bilməyəcəyik, çünki o, bizim redaksiya standartlarımıza uyğun gəlmir və mahiyyət etibarilə hökumətin dolayısı ilə verilmiş cavabı təəssüratı yaradır. Əmin ola bilərsiniz ki, gələcəkdə də Azərbaycanla bağlı vəziyyətin bütün tərəflərini (viza siyasəti səbəbindən imkanlarımız daxilində), eləcə də Ermənistan və bütövlükdə regionla bağlı məsələləri işıqlandıracağıq. Keçmişdə etdiyimiz kimi, hər bir yazımızda olmasa belə, müxtəlif mövzu və materiallarımız çərçivəsində bu məsələlərə yer verəcəyik”.
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev bildirib ki, müraciətə “Le Figaro”nun məsul vəzifəli şəxsi tərəfindən operativ reaksiya verilməsi müsbət hal olsa da, cavab haqqının tanınmaması qərəzli jurnalistika nümunəsidir:
“Materialın fransız nəşri tərəfindən “mahiyyət etibarilə hökumətin dolayısı ilə verilmiş cavabı təəssüratı” hesab edilməsi isə, “Le Figaro”nun fakta deyil, siyasi mülahizələr əsasında ehtimallar üzərindən Azərbaycana yanaşmasını nümayiş etdirib. Philippe Gélie-nin “Le Figaro”nun bu yolla davam edəcəyi mesajı isə hazırda oxşar səpkidə yeni materialların işlənilməsinə işarə kimi də anlaşıla bilər. Mən Philippe Gélie-yə növbəti e-mail yazaraq, “Le Figaro”nun mənə cavab haqqı tanımamasına, siyasi mülahizələr əsasında ehtimallar üzərindən cavab məktubunu dəyərləndirməsinə etiraz etdim, müstəqil jurnalist kimi bu yanaşmanı qəbul etmirəm. Mən məsələnin “Le Figaro”nun Redaksiya Şurasında qaldırılması barədə “Le Figaro”nun “Editorial Board”una şikayət etmişəm”.
Bundan sonra Ayaz Mirzəyev üzləşdiyi vəziyyəti ictimailəşdirib və qeyd edib ki, bu davranış Azərbaycan mediasında “Le Figaro”ya olan inamı ciddi dərəcədə sarsıdıb.
“Le Figaro”ya göndərilmiş “Açıq Məktub”u və ona cavabı olduğu kimi təqdim edirik:


- “Le Figaro”da Azərbaycanın mövqeyinin işıqlandırılmasına kim “stop” qoyub? - Fotolar
- Bu sülh artıq reallıqdır - İlham Əliyev
- Bakıda yeni xəstəxananın açılışı oldu
- Moskvaya hücum: Mağazaları yanan azərbaycanlı iş adamı danışdı - Video
- “Odur ki, yenidən borc götürməyə başladıq”
- Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə!
- Nəhayət ki, o “Range Rover” satıldı
- Hüquq təhsili almaq istəyənlərə maneə… - Ekspert