Xalq artisti Flora Kərimova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
“BUTA.TV” xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Hörmətli Mehriban xanım, səhhətimlə bağlı yaşadığım çətin günlərdə göstərdiyiniz diqqət, qayğı və müalicəmi şəxsi nəzarətinizdə saxlamağınız məni son dərəcə duyğulandırdı. Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və göstərdiyiniz diqqətə görə sizə sonsuz və dərin minnətdarlığımı bildirirəm.
Qayğıkeşliyiniz, nəvazişiniz və şəfqətiniz ən qiymətli insani dəyərlərdəndir. Sizə olan vəfa borcum övladlarıma mənəvi əmanətdir. Sizə möhkəm cansağlığı, fəxarətli ömür, xalqımız naminə böyük sərkərdənin yanında silahdaşı kimi həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə daim uğurlar və müvəffəqiyyətlər arzulayıram”.
Qeyd edək ki, 84 yaşlı Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da Xalq artistinə baş çəkib.
- TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
- 16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
- Şımkent və Bakı arasında birgə turizm marşrutları hazırlanacaq
- Azərbaycanda məktəblər sürətlə bağlanır - Səbəb
- "Qurtuluş"un rəhbəri hakim qarşısında: Zərəçəkmişlər nələr dedi?
- Bakı-Şımkent reysi Avropa istiqamətlərinə çıxışı genişləndirir...
- Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
- Arxdan su götürənlər də pul ödəcəyək?