Bu il keçirilmiş qəbul imtahanlarında II ixtisas qrupu üzrə maksimum nəticə 688.9 bal, III ixtisas qrupu üzrə isə 688.7 bal olub.
Bu barədə BUTA.TV-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Qeyd edilib ki, hər iki ixtisas qrupu üzrə mayın 24-də keçirilmiş qəbul imtahanının nəticəsinə əsasən, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Bakı şəhəri Sabunçu rayonu 169 saylı tam orta məktəbinin məzunu Rüstəmli Banuçiçək Bəxtiyar qızı göstərib. O, imtahanın birinci mərhələsində 291.9 bal toplayıb. Hər iki mərhələnin cəminə görə 688.9 bal toplayan Rüstəmli Banuçiçək II ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyentdir.
Bildirilib ki, bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 3 nəfər – Bakı şəhəri Suraxanı rayonu S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın məzunu Quliyeva Zeynəb Ələddin qızı, Bakı şəhəri Nizami rayonu 62 saylı məktəb-liseyin məzunu Qasımova Aişə İlqar qızı və İsmayıllı rayonu Qalacıq kənd orta məktəbinin məzunu Qardaşova Fidan Ceyhun qızı göstəriblər.
Quliyeva Zeynəb Ələddin qızı imtahanın birinci mərhələsində 287.7 bal, Qasımova Aişə İlqar qızı 285.9 bal, Qardaşova Fidan Ceyhun qızı isə 285.2 bal toplayıb.
Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 688.7 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Tovuz rayonu Düz qırıqlı kənd 1 saylı orta məktəbinin məzunu Musayeva Ayan Fuad qızıdır. O, imtahanın birinci mərhələsində 291.7, ikinci mərhələsində isə 397 bal toplayıb.
- Ağdərə sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirildi
- Şair şərhçilik etsə, futbolçu “Allah” olar…
- İmtahanda maksimum nəticə göstərən şagirdlərin adları
- “Nasaz maşını niyə sürürsən axı?!” - Qızı qəzada ölən vəkil danışdı+Video
- 12 nəfər imtahandan xaric olundu - DİM
- Qızını qəzada itirən tanınmış vəkil valideynlərə çağırış etdi
- Bu qruplar üzrə qəbul imtahanının nəticəsi elan edildi
- “Qaçıb mağarada gizlənirlər, digər təqsirkarlar da həbs edilməlidir”