“Səsin düşsün dağlara, qız hara, susmaq hara?” - Fotolar

22:30 - 17 İyun 2026 - GÜNDƏM

 “Səsin düşsün dağlara, qız hara, susmaq hara?” - Fotolar

Xəbər verdiyimiz kimi, II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticəsi elan edilib.

BUTA.TV”nun məlumatına görə, imtahanda III ixtisas qrupu üzrə 3 nəfər ən yüksək nəticə olan 400 balı toplayıblar.

Belə ki, Bakı şəhəri Suraxanı rayonu S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın məzunu Quliyeva Zeynəb Ələddin qızı, Bakı şəhəri Nizami rayonu 62 saylı məktəb-liseyin məzunu Qasımova Aişə İlqar qızı və İsmayıllı rayonu Qalacıq kənd orta məktəbinin məzunu Qardaşova Fidan Ceyhun qızı blok imtahanında ən yüksək nəticəni göstərib. 

Qeyd edək ki, Quliyeva Zeynəb Ələddin qızı imtahanın birinci mərhələsində 287.7 bal,  Qasımova Aişə İlqar qızı 285.9 bal, Qardaşova Fidan Ceyhun qızı isə 285.2 bal toplayıb. 

Fotoda: Zeynəb Quliyeva

Fotoda: Aişə Qasımova 

Fotoda: Fidan Qardaşova

Hazırladı: Bəsti Məmməd


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol