Bakının Səbail rayonu, Nizami küçəsində fəaliyyət göstərən “Bağdad” ərəb restoranının administratoru Məhəmməd Alazereji həbs olunub.
BUTA.TV Xitab24.az-a istinadla xəbər verir ki, 37 yaşlı şəxs azərbaycanlı sevgilisinin evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunub.
Məlum olub ki, Məhəmməd Alazereji sevgilisinin Türkiyədə olduğundan istifadə edərək, onun Bakının Nizami rayonu, Qara Qarayev prospektində yerləşən mənzilindən 108 min manatlıq oğurluq edib.
Qadın hadisədən xəbər tutduqdan sonra polisə məlumat verib. Polisin araşdırması nəticəsində cinayət əməlinin məhz onun sevgilisi tərəfindən törədildiyi üzə çıxıb.
Qeyd edək ki, 1999-cu il təvəllüdlü M. Azazereji bu əməlinə görə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama