Türkmənistan gələcəkdə Azərbaycan üzərindən Avropaya da qaz nəql edə bilər.
Bu sözləri BUTA.TV-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Türkmənistan qazının Azərbaycan üzərindən Türkiyəyə nəql olunması barədə danışarkən deyib.
Ekspert bildirib ki, bu layihə illər öncədən müzakirə olunurdu:
“Azərbaycan üzərindən Türkmənistan qazının nəql olunmasının ən yaxşı yolu birbaşa Trans-Xəzər boru kəmərinin çəkilməsi olmalı idi. Baxmayaraq ki, Avropa Birliyi də layihəyə böyük yatırım ayırmağı düşünürdü. Ancaq İran və Rusiya uzun müddət bu boru kəmərinin çəkilməsinə maneçiliklər törədirdilər və bu layihəni də reallaşdırmaq mümkün olmurdu.
Ancaq indi sxem bir az fərqlidir. Çünki hazırda Türkmənistan, Azərbaycan və İran arasında svop anlaşması imzalanıb. Türkmənistan öz qazını İranla sərhəddində İrana verir. Anlaşmaya görə də Azərbaycan eyni həcmdə qazı İran üzərindən alır, Bakı-Tiflis-Ərzurum qaz kəməri, TANAP vasitəsi ilə Türkiyəyə ötürə bilir.
Təbii ki, bu, Azərbaycana tranzit gəlirlər baxımından uğurlu müqavilədir. O cümlədən, gələcəkdə svop anlaşmanın həcmi genişlənərsə, Avropa istiqamətinədə də Türkmənistan qazının nəql olunması mümkün ola bilər”.
Qeyd edək ki, 2025-ci il martın 1-dən etibarən Türkmənistan qazı Azərbaycan üzərindən Türkiyəyə nəql olunacaq.
- Qarabağdan köçüb, Ermənistan vətəndaşı olanların sayı...
- Ərdoğan Azərbaycana gəlir
- Baş Prokurorluqdan əməliyyat: Daha bir vəzifəli saxlanıldı
- İsrail səfiri Qarabağdan yazdı: İnanılmazdır...
- Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq
- Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar
- Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı
- Rusiyadan imtina edib Azərbaycandan alacağıq - Matevosyan