Azərbaycanın Baş naziri Əli Əsədov fevralın 17-də Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İranın birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetindən bildirilib.
Görüşdə Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyəti, həmçinin iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat-tranzit, neft-qaz, energetika və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Avtomobil və dəmir yolları bağlantılarının yaradılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur - Naxçıvan nəqliyyat infrastrukturunun tikintisi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və digər birgə layihələrin icra vəziyyəti nəzərdən keçirilib.
Eyni zamanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, dənizin çirkləndirilməsinin və dayazlaşmasının qarşısının alınması, habelə Xəzər dənizi hövzəsində əməkdaşlıqla bağlı bir sıra digər məsələlər barədə müzakirələr aparıldı.
- Azərbaycan sayəsində 100 milyon dollar qənaət edəcəyik
- Çin Maduronun oğurlanmasından çox narahatdır
- Xəzərin dibi ilə optik kabelin çəkilişi nə vaxt bitir?
- ABŞ gücünü göstərdi: öz “kürəsini” təmizləyir
- Vətən müharibəsi veteranı Ukraynada döyüşdə öldü
- ABŞ bu tarixdə Qrenlandiyanı ələ keçirəcək - İddia
- Əgər bunu istəyiriksə, islahatlara getməliyik - Prezident
- Prezident Fuad Nəcəflini işdən niyə çıxardığını açıqladı