Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə "Smart Business Qroup" şirkətinin direktoru, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş Anar Tapdıq oğlu Xəlilov azadlığa buraxılıb.
BUTA.TV Unikal-a istinadla xəbər verir ki, qərar hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Anar Xəlilov 5 vətəndaşa qarşı dələduzluq edərək onlardan övladlarını xaricdə təhsil almaq adı ilə ümumilikdə 97845 manat pullarını elə keçirmişdi. O, zərərçəkənlərin hamısı ilə barışıq əldə edib dövlətə dəymiş ziyanın 50 faizini (48923 manat) ödəsə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10.12.2024-cü il tarixdə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qəniyev isə Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsini rəhbər tutaraq Anar Xəlilovu cinayət məsuliyyətindən azad edib və cinayət işinə xitam verib.
Qeyd edək ki, Anar Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən heç kimə qarşı dələduzluq etmədiyini, sadəcə pandemiya ilə əlaqədar sərhədlər bağlandığından tələbələri xaricə göndərə bilmədiyini əsas gətirmişdi.
- Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol
- Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan
- Trampın Almaniya ilə Ermənistanı səhv salması...
- Qarabağla bağlı təxribatçı düzəliş qəbul olundu - Foto
- İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
- Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı
- Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi
- Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!