Nikol Paşinyan Mülki Müqavilənin nümayəndələri ilə qapalı görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərdə nə gözlənildiyini müzakirə edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, görüş fevralın 26-da respublika parlamentində baş tutub və iki saata yaxın davam edib:
“Paşinyan bu dəfə gərgin olmayıb, əsasən tələsməməyə və mümkünsə Azərbaycanın təkliflərini uzun müddət müzakirə edib sonra cavab verməyə çağırıb. Baş nazir onu da qeyd edib ki, hazırda hər hansı eskalasiya təhlükəsi yoxdur. Qapalı görüşdən sonra Paşinyan həmsöhbətlərinin heç bir sualına dəqiq cavab verməyib və onlarda belə təəssürat yaranıb ki, Baş nazir onlara güvənmir, əsasən ictimai şəkildə dediklərini onlarla paylaşır”.
- Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri
- Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı
- Xətaidə 2 İyul – Azərbaycan Polisi Günü ilə əlaqədar tədbir keçirildi
- Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
- Bu şəxslər 40 minədək cərimələnəcək
- Polisinin şəhid övladlarını hərbi salamla qarşılaması...
- Rektorun nazirə zarafatla dediyi sözlərin mənası - Video
- Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib