Tehran heç bir ölkənin düşünülməmiş açıqlamalarla tarixi və dərin regional əlaqələri təhlükəyə atmasına icazə verməyəcək. Türkiyə rəsmilərindən də bəyanatlarında diplomatik nəzakətə riayət etmələrini və əsassız iddiaları təkrarlamaqdan çəkinmələrini gözləyirik.
BUTA.TV xəbər verir ki, bu sözləri İranın dini rəhbəri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.
“Türkiyədə bəziləri yanlış mövqeləri təkrarlamaqla və xarici təsir altında İranın bölgədəki mövqeyini zəiflədə biləcəklərini düşünürlərsə, yanılırlar”, - Vilayəti bildirib.
Qeyd edən ki, Türkiyə XİN rəhbəri Hakan Fidan “Əl-Cəzirə”yə müsahibəsində İranın bölgədə öz maraqları üçün çoxlu vəsait xərclədiyini xatırladaraq, Suriyaya münasibətdə əvvəlki səhvlərin təkrarlanmaması gərəkdiyini bildirmişdi. Həmçinin İrana xatırlatmışdı ki, sizə daş atılmasını istəmirsinizsə, başqalarına daş atmayın.
İran XİN sözçüsü İsmayıl Bəqainin bu sözlərə cavabının ardınca Türkiyənin Tehrandakı səfiri də XİN-ə çağırılmışdı.
- Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri
- Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı
- Xətaidə 2 İyul – Azərbaycan Polisi Günü ilə əlaqədar tədbir keçirildi
- Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
- Bu şəxslər 40 minədək cərimələnəcək
- Polisinin şəhid övladlarını hərbi salamla qarşılaması...
- Rektorun nazirə zarafatla dediyi sözlərin mənası - Video
- Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib