Təyyarə qəzasında sağ qalmağım möcuzədir.
BUTA.TV xəbər verir ki, bunu AZAL-ın təyyarə qəzasında sağ qalan, Azərbaycanda “Rəşadət” ordeni alan ilk xanım Aydan Rəhimli “Konstitusiya və Suverenlik” ili çərçivəsində keçirilən 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə deyib.
O, ölümlə üz-üzə olarkən güclü olduğunu söyləyib.
O, peşəkar iş yoldaşlarının qəhrəmanlığı sayəsində həyatda olduğunu vurğulayıb.
Bildirib ki, dəhşətli təyyarə qəzası zamanı öz vəzifə borcunu yerinə yetirərək əlindən gələni etməyə çalışıb:
“Azərbaycan qadını güclüdür, bundan əlavə, həm də zərifdir. Azərbaycan qadını lazım gələndə düşmənə qarşı savaşan bir qəhrəman, çətin anlarda yol göstərən ana və fədakarlıq nümunəsi olan bacıdır. Mən istərdim ki, bu müsbət keyfiyyətlərimizi heç vaxt itirməyək, əksinə daha da möhkəmləndirək".
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Qroznı səmasında Rusiyanın havadan müdafiə sisteminin ("Pantsir") hücumuna məruz qalıb və ciddi zədələnib. Qroznı və yaxın hava limanlarında enişinə izn verilmədiyindən təyyarə Qazaxıstana istiqamət alıb və Aktau yaxınlığında ciddi zədələnməsi səbəbindən qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i (o cümlədən 3 heyət üzvü) ölüb, 29 nəfər sağ qalıb.
- Bakıda "qırmızı"da keçən sürücü qəza törətdi - Anbaan video
- Temperatur 18 dərəcəyə yüksələcək
- DTX Mehdiyevin evində nələr tapdı? - Şok video
- "Mehdiyev işi": Kərimli hakimiyyətə gəlsəydi...
- DTX Mehdiyevin xarici kəşfiyyatla danışığını yaydı - Şok video
- DTX Mehdiyev cinayəti haqda məlumat yaydı: Kimlərin adı var?
- Onların müavinəti tam şəkildə ödəniləcək
- "Pub"dan əxlaqsız video yayanlar həbs edildi