Panama Prezidenti Xose Raul Mulino ölkəsinin Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən çıxdığını bəyan edib. Buna baxmayaraq, Mulino Çinlə dilpomatik əlaqələri kəsməyəcəyini bildirib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Beləliklə, ABŞ Prezidenti Donald Trampın Panamaya təzyiqi nəticə verib. Tramp Konqresdəki son çıxışında ABŞ-ın Panama kanalına sahiblənəcəyi fikrini bir daha təkrarlamışdı. Ağ Ev sahibi hələ ki, buna nail olmasa da, Panama faktiki Vaşinqton qarşısında “ağ bayraq” qaldırıb. Vaşinqton müstəqil dövləti Çinin layihəsindən çıxmağa məcbur edib. Trampın təlimatıyla Dövlət katibi Marko Rubio fevralın 1-də Panamaya səfər etmişdi. Rubio Trampın xəbərdarlığını şəxsən Panama prezidentinin diqqətinə çatdırmışdı. Bu səfərdən sonra Panama iki qərarını açıqladı: Birincisi, bundan sonra ABŞ-ın hərbi gəmiləri kanaldan keçərkən rüsum ödəməyəcəklər; ikincisi, Panama Çin şirkətləriylə kanal ətrafındakı limanların işlədilməsi müqaviləsinin müddətini uzatmayacaq.
Pekin Panamanın qərarından təəssüfünü bildirib. Çinlə Panama arasında əməkdaşlıq müqaviləsi 2017-c ildə imzalanmışdı. Çin şirkətlərinin Panama ətrafındakı limanları işlətməsiylə bağlı saziş isə daha əvvəl - 1997-i ildə imzalanmışdı. Panama rəhbərliyi bu yolla Çin kapitalını cəlb etməyi planlaşdırırdı. Bu planlar reallaşmağa başlayarkən, Tramp işlərin gedişini pozdu. İndi Panama dövləti ümid edir ki, Çin kapitalını ABŞ kapitalı əvəz edəcək. Bundan başqa, Panama dövləti Çinlə hərbi əməkdaşlığa da son verəcək. Son illərdə Çinin və Panamanın sərhəd xidməti, hərbi-hava və hərbi-dəniz qüvvələri arasında da əməkdaşlıq genişlənmişdi”, - politoloq bildirib.
E.Şahinoğlu vurğulayıb ki, Tramp administrasiyasının Panamada əldə etdiyi qələbəsi ABŞ-Çin qarşıdurmasını daha da gücləndirəcək:
“Görünür, Tramp Çini başqa bazarlardan da sıxışdırmağa çalışacaq”.
- Bakıda "qırmızı"da keçən sürücü qəza törətdi - Anbaan video
- Temperatur 18 dərəcəyə yüksələcək
- DTX Mehdiyevin evində nələr tapdı? - Şok video
- "Mehdiyev işi": Kərimli hakimiyyətə gəlsəydi...
- DTX Mehdiyevin xarici kəşfiyyatla danışığını yaydı - Şok video
- DTX Mehdiyev cinayəti haqda məlumat yaydı: Kimlərin adı var?
- Onların müavinəti tam şəkildə ödəniləcək
- "Pub"dan əxlaqsız video yayanlar həbs edildi