Azərbaycan və Ermənistan kimi iki böyük millətin tarixi sülh sazişini imzalamağa yaxın olduğunu öyrənməkdən məmnunam.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Cənubi Karolina ştatını təmsil edən respublikaçı konqresmen Co Vilson Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini şərh edərkən X hesabında yazıb.
“Sülh sazişi bütün region və ondan kənarda sabitlik və rifahı mümkün edəcək! Cənubi Qafqazı yenidən əzəmətli edək!”, - Vilson bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın “Make America Great Again” (“Amerikanı yenidən əzəmətli edək” və ya qısa: MAGA) şüarı ilk dəfə 1980-ci ildə Ronald Reyqanın kampaniyasında istifadə olunub.
- Arzuma kəsilən cəza ağır və qeyri-mütənasibdir
- 12 il əri tərəfindən “əsir” saxlanılıb - Fransız qadının həyatı gündəm oldu
- 10 avtobusun hərəkət sxemi dəyişdirildi
- Sabah hava necə olacaq?
- Bakıda 177 eskalator yenilənir - Foto
- Bağçalara uşaqların elektron qəbulu başlanılır
- Xalqa və dövlətə xidmət təntənəsi - Video - Fotolar
- Bakının mərkəzində bu yollar tam bağlanır