Ermənistana təbii qazın nəqli müvəqqəti dayandırılacaq.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.
“Şimali Qafqaz – Zaqafqaziya” tranzit qaz kəmərinin “Qazax-Saquramo” (DN 1000) hissəsində qəzalı vəziyyətin yarandığı, problemin aradan qaldırılması üçün təmir işlərinin aparıldığı bildirilir. Bu səbəbdən martın 18-də səhər saat 09:00-dan axşam 18:00-dək Ermənistana təbii qazın verilməsi dayandırılacaq.
Məlumata görə, həmin müddətdə ölkəyə qaz təchizatı daxili ehtiyatlar və İrandan tədarük olunan əlavə həcmdə təbii qaz hesabına həyata keçiriləcək.
Türk jurnalist İrəvandan reportaj hazırladı, ermənilər dəli oldu - Nə deyib?
Qeyd edək ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan və bir sıra hökumət rəsmiləri ölkənin qaz təminatı ilə bağlı İran və Rusiyadan asılılığın azaldılması məqsədi ilə gələcəkdə Azərbaycandan qaz alına biləcəyini açıqlayıblar. Hətta Rusiyadan qazın verilişi zamanı bir sıra problemlərin yarandığı və Azərbaycanla münasibətlər normallaşdıqdan sonra bu istiqamətdə çətinliyin aradan qaldırılması üçün enerji sahəsi üzrə əməkdaşlığın mümkün olduğu bildirilib.
- Britaniya XİN rəhbərindən Bakı və İrəvanla bağlı açıqlama
- Üçtərəfli işçi qrupu “yatmış” vəziyyətdədir - Overçuk
- Türk jurnalist İrəvandan reportaj hazırladı, ermənilər dəli oldu - Nə deyib?
- Xəstəxanada vətəndaşlara vaxtı keçmiş dərmanlar verilir? - FOTO
- Sülh müqaviləsinin imzalanması üçün əsas şərt... - XİN
- Sərhəddə atışmalar: Rəsmi Bakıdan İrəvana cavab...
- Rusiya Azərbaycanın bu əzmindən... - Matviyenko
- İrəvan sazişdə heç bir güzəştə getməyib - Ovannisyan