Bu gün Putin və Tramp arasında Ukraynadakı münaqişənin atəşkəs şərtlərini müzakirə edəcəkləri bir görüş baş tutacaq. Bütün dünya bu görüşü gözləyir. Danışıqlar Vaşinqton vaxtı ilə səhər, Moskva vaxtı ilə isə axşam keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov bildirib.
Onun sözlərinə görə, tərəflərin mövqeləri bir-birindən fərqlənməsi ilə diqqət çəkir:
“Ukrayna rejimi və Avropa heç bir şərt olmadan atəşkəs tələb edir. Onlar bunu Ukrayna ordusunu silahla təchiz etmək, kütləvi səfərbərlik keçirmək, NATO ölkələrinin qoşunlarını Ukraynaya yerləşdirmək və müharibənin yeni mərhələsini başlatmaq üçün istifadə etməyi planlaşdırırlar. Rusiya bunu əngəlləmək üçün atəşkəsin 4 əsas şərtlə bağlanmasını tələb edir.
Atəşkəs dövründə Ukraynaya silah tədarükünə embarqo qoyulması, atəşkəs müddətində səfərbərliyin qadağan olunması, Ukrayna əsgərlərinin NATO bazalarında təlim keçməsinin qadağan edilməsi və NATO ölkələrinin hərbçilərinin heç bir səbəblə Ukraynaya yerləşdirilməməsi Moskvanın əsas şərtləridir”.
Markov qeyd edir ki, Vaşinqton üçün isə bu şərtlər önəmli deyil və Tramp nəticə əldə etmək fikrindədir:
“Tramp hərbi əməliyyatları dayandırmaq istəyir, lakin şərtlər onun üçün önəmli deyil. O, hansısa kompromis tapmağa çalışır. Bu danışıqların nəticələrini proqnozlaşdırmaq çətindir”.
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi