Həmişə Ermənistanın indiki rəhbərliyinin etimadına şübhə ilə yanaşmışam. Hamı yekdilliklə deyir ki, sülh imzalanmaq üzrədir, mən buna şübhə edirəm.
Bu sözləri BUTA.TV-a rusiyalı politoloq Yevgeni Mixaylov Bakı və İrəvanın sülh müqaviləsinin şərtləri üzrə danışıqların başa çatması ilə bağlı bəyanatları fonunda Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan ordusunun təxribatçı əməllərinə münasibət bildirərkən deyib.
“Paşinyan həmişə ziddiyyətli hərəkətlər və bəyanatlar verib. Bu gün “biz sülh imzalamağa hazırıq” deyir, sabah Azərbaycanla sərhəddə hansısa təxribat olur. Belə olan halda Ermənistan Zəngəzur dəhlizini zorla öz nəzarətində saxlamağa can atır. Bu mənim şəxsi fikrimdir: Sülh mətninin razılaşdırılması beynəlxalq ictimaiyyət tərəfindən İrəvana təzyiqlərin artmasının nəticəsidir. Bəlkə də onların buradakı taktikaları ukraynalılarınkına bənzəyir: “Orda danışıqlar aparan böyük əmilər hər şeyi həll etməyə kömək edəcək, biz isə düşmənimizə zərər verməyə davam edək”. Hər halda Ermənistan verdiyi vədlərə, razılaşmalara əməl edən ölkə deyil”, - o bildirib.
Mixaylovun fikrincə, sülh imzalansa belə, onun davamlı olacağına əminlik yoxdur:
“Çünki Ermənistanın özündə Azərbaycandan qisas almağa səsləyən kifayət qədər ultra-millətçi hərəkatlar var. Və Paşinyanın ikisi - müəyyən daha mülayim qüvvələr və açıq şəkildə nasist qüvvələr arasında balans yaratması yaxşı heç nəyə gətirib çıxarmayacaq. Burada Paşinyan güclü iradə nümayiş etdirməli və bu cür hərəkətləri cəzalandırmalıdır. İndi, məsələn, atəşdən sonra Paşinyanın erməni hərbçiləri təxribata görə necə cəzalandırması maraqlı olardı. Onda görəcəyik ki, Ermənistan həqiqətən də sülh istəyir, yoxsa yox. Bu baş verənə qədər bunların hamısı boş sözlərdir. Yenə də əgər sülhlə bağlı bəyanat varsa, bu o demək deyil ki, o olacaq”.
- Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Ana yaş yarımlıq körpəsini evdə günlərlə tək qoyub gedib
- Paşinyan etiraf etdi: Atəşkəsi Ermənistan pozur
- Model Aytən Muradovanın bədəni çürüyür - FOTO
- Azərbaycanda mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi qaldırıldı
- Azərbaycanda axtarışa verilən müğənniyə HÖKM OXUNDU
- Bakıda narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olunub
- Bakıda qadını şəkilləri ilə şantaj etməkdə şübhəli bilinən şəxs saxlanılıb
- Astarada altı uşaq atasını maşınla vurub öldürənə cəza verildi