Mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi 18-dən 21-ə qaldırılıb.
BUTA.TV President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət Məcəlləsində və "Xidməti və mülki silah haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Dəyişikliklə qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, eləcə də odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qanunsuz odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə, təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
DTX-dən ƏMƏLİYYAT: Fazil Mustafaya sui-qəsdə rəhbərlik edən şəxsin oğlu da həbs edildi
Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, təkrar törədildikdə, mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə beş ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (Ancaq bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir).

- Qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapıldı
- Ərdoğan Əliyevi təbrik etdi
- Silah alınır, istehkamlar tikilir, ordu güclənir - Papikyan
- “Hoteldə dövlət nümayəndələrinə qarşı videomu çəkdilər” - 22 yaşlı Türkanın başına gələnlər
- İrəvana gedən azərbaycanlı ekspertlər kimdir?
- Paşinyan sülh sazişinə Bakıda imza atacaq - Sensasion iddia
- DTX-dən ƏMƏLİYYAT: Fazil Mustafaya sui-qəsdə rəhbərlik edən şəxsin oğlu da həbs edildi
- İsmayıllıda beş uşaq atası intihar edib