İstanbul meri Əkrəm İmamoğlunun və bir çox digər tanınmış simaların həbsi demokratiyaya ciddi hücumdur.
BUTA.TV xəbər verir ki, bu sözlər Fransa Xarici İşlər Nazirliyinin bəyanatında əks olunub.
“Fransa bu məsələ ilə bağlı dərin narahatlığını bir daha bəyan edir. Seçilmiş müxalifət nümayəndələrinin hüquqlarına hörmət, toplaşma və ifadə azadlığı qanunun aliliyinin təməl daşlarıdır.
Avropa Şurasının üzvü və Avropa Birliyinə üzvlüyə namizəd dövlət kimi Türkiyə bu sahədə könüllü olaraq öhdəlik götürüb.
Vətəndaşın evini başına uçurdan "Melissa Group"un rəhbəri HƏBS OLUNDU
Bu öhdəliklərə əməl etmək əlaqələrimizin, eləcə də Türkiyə ilə Avropa Birliyi arasındakı münasibətlərin mərkəzi elementidir”, - bəyanatda bildirilib.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, CHP-çi Əkrəm İmamoğlu 19 martda korrupsiya və terror təşkilatı ilə əlaqə ittihamları ilə saxlanılıb. 23 martda məhkəmə Ə.İmamoğlu ilə bağlı korrupsiya ittihamı üzrə həbs qərarı verib, terrora görə həbs tələbindən isə imtina edib.
Ə.İmamoğlu saxlanıldığı gündən CHP İstanbul, Ankara və İzmirdə etiraz aksiyaları keçirir. Türkiyə hökuməti 27 marta qədər aksiyaları qadağan etdiyindən, hazırkı etirazları qanunsuz hesab edir. İndiyə qədər 1133 nəfər aksiyadakı zorakılıqlara görə saxlanılıb, onlarla polis yaralanıb.
- Azərbaycanda Ramazan bayramı qeyd edilir
- Leyla Əliyevadan Ramazan bayramı təbriki - Video
- İlham Əliyev azərbaycanlıları təbrik etdi
- Ziroatxon Mirziyayeva Mehriban xanımı təbrik etdi
- Ərdoğan İlham Əliyevi təbrik etdi
- Ən çox qırıcısı olan islam ölkələri: Azərbaycan neçəncidir?
- XİN Myanma və Taylanddakı zəlzələ ilə bağlı başsağlığı verdi
- “Starlink” Azərbaycanda: qiymət təəccübləndirdi - Ekspert