Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə əvvəlki illərdən fərqli olaraq builki Ramazan bayramı namazında iştirak etməyib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, buna səbəb A.Paşazadənin səhhətində problemlərin yaranmasıdır.
Hazırda QMİ sədri onurğa sütununda yaranan ağrılardan əziyyət çəkir. Belə bir vəziyyət onun hərəkət qabiliyyətinin qismən məhdudlaşmasına səbəb olub. Buna görə də dini lider bayram namazına qatıla bilməyib.
Qeyd edək ki, bu gün Azərbaycanda Ramazan bayramıdır. Bakının Əjdərbəy məscidində bayram namazı QMİ sədrinin birinci müavini müfti Hacı Salman Musayevin imamlığı ilə qılınıb.
Təzəpir məscidində isə bayram namazına adıçəkilən ibadət ocağının imamı Hacı Faiz Nağızadə rəhbərlik edib.
Xatırladaq ki, Allahşükür Paşazadə 1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cil kəndində doğulub. O, 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin sədridir.
- Tiflisdə öldürülən Fatimə ilə bağlı – Yeni detallar
- Əsgəran–Xocalı–Xankəndi yolu ilə bağlı rəsmi açıqlama
- Ehtiyatda olan mayor faciəvi şəkildə öldü - Foto
- Tbilisidə 21 yaşlı Fatimənin dəhşətli qətli - Təfərrüat
- Türkiyənin istirahət zonalarında iki böyük yanğın - Video
- Yaşayış kompleksində yanğın: maşınlara ziyan dəydi - Foto
- Bakıda “zombi şousu”: uşaqlar üçün təhlükəli ola bilər
- İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında