İlham Əliyevin uğuru, Nikol Paşinyanın uğursuzluğu: Çin Zəngəzur dəhlizinin eksterritorial şərtlərlə açılmasının vacibliyini bəyan etdi.
BUTA.TV xəbər verir ki, bu fikirləri rusiyalı politoloq İqor Korotçenko bildirib.
O qeyd edib ki, Pekinin yüksək vəzifəli nümayəndəsinin strateji əhəmiyyətə malik Zəngəzur dəhlizinin tezliklə açılmasının vacibliyi ilə bağlı bəyanatı Azərbaycanın böyük siyasi və diplomatik uğuru oldu:
“Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Lü Tzyançaonu bildirib ki, Azərbaycan ilk olaraq bizim “Bir kəmər – bir yol” təşəbbüsümüzü dəstəklədi və onun həyata keçirilməsində fəal iştirak edir. Zəngəzur dəhlizinin inşasına gəlincə, bu, Avropa və Asiya arasında əlaqələri daha da gücləndirəcək mühüm layihədir, xüsusilə də mövcud beynəlxalq və regional geosiyasi şəraitdə”.
İqor Korotçenko üç ölkə arasında imzalan sazişi də xatırladıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr 2020-ci ildə imzaladığı Sazişin 9-cu bəndinə əsasən, regionda bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir və bununla vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilini təmin edir. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX Sərhəd Xidmətinin orqanları həyata keçirir.
- İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni açıqlama
- Prezidentdən BƏƏ səfəri ilə bağlı paylaşım - Video
- Əliyev və Paşinyanın 5 saatlıq görüşündən çıxan nəticə
- Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki... - Politoloq
- Rusiyanın kamikadze dronu səfirliyimizin yaxınlığına düşdü - Foto
- Qafqazda nə baş verir? - Rus mediası isterikaya düşdü
- Əliyevlə Paşinyan bununla bağlı göstəriş verdilər - Ermənistan XİN
- İrəvan Zəngəzur dəhlizi ilə bağlı buna razıdır - Təcili