Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında akademik və mədəni mübadilə ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Şimali Kiprin Prezidenti Ərsin Tatar Baku TV-yə müsahibəsində bildirib.
"Azərbaycan Şimali Kipr üçün qardaş dövlətdir. Həmişə dediyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası bir millət, üç dövlətdir. Buna görə də biz özümüzün də olduğumuz türk dövləti kimi Azərbaycana xüsusi yaxınlıq hiss edirik.
Prezident İlham Əliyevlə bu yaxınlarda görüşüm zamanı turizm və təhsil sahələrində əməkdaşlığımızı inkişaf etdirməyi təklif etdim. Xüsusilə universitetlərimiz arasında tələbə mübadiləsi proqramına başlamaq təşəbbüsünü irəli sürdüm. Kiprdə Azərbaycan haqqında daha çox məlumat əldə etmək istəyən çoxlu gənc var və hesab edirik ki, belə akademik və mədəni mübadilə bir-birini qarşılıqlı şəkildə töhfə verə bilərdi", - o bildirib.
Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
Ə.Tatar həmçinin Prezident İlham Əliyevə Kipr türklərinə davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib:
"Bir neçə gün əvvəl o, beynəlxalq mətbuatda açıq şəkildə bəyan edib ki, Azərbaycan Şimali Kipr Türk Respublikasını beynəlxalq səviyyədə tanınma yolunda tam dəstəkləyir. O, Azərbaycanın bizə kömək etmək üçün əlindən gələni edəcəyini vurğulayıb və Kipr türklərinin qətiyyətinə inamını təsdiqləyib. Biz bu həmrəyliyə görə dərin minnətdarlığımızı bildiririk”.
- Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
- Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı
- 16 yaşlı qız cinsi zorladılar, 4 nəfər həbs olundu
- Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
- Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
- Manaf Ağayevin oğluna vəzifə verildi
- Onlar da polisin vəzifələrini icra edəcək