Ötən gün tanınmış yazıçı və publisist Orxan Fikrətoğlunun yüksək vəzifə aldığı barədə məlumat yayılıb.
BUTA.TV xəbər verir ki, Mədəniyyət Nazirliyinə istinadla yayılan məlumatda əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun mədəniyyət nazirinin müşaviri təyin edildiyi bildirilir. Qeyd edilir ki, o, “Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək”.
Bu təyinata qədər isə onun Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru səlahiyyətlərini müvəqqəti icra etdiyi vurğulanır.
Başqa sözlə desək, Orxan Fikrətoğlunun nazirin müşaviri təyin olunduğu üçün ARKA-nın baş direktoru vəzifəsinin icrasından uzaqlaşdırıldığı anlaşılır.
Ancaq məsələ burasındadır ki, 2023-cü il 11 dekabrda Orxan Fikrətoğlunun ARKA-nın baş direktoru vəzifəsini icra edən təyin olunduğu haqda məlumatda onun eyni zamanda mədəniyyət nazirinin müşaviri vəzifəsini tutduğu xüsusi olaraq vurğulanıb. Yəni Orxan Fikrətoğlu nazirin müşaviri vəzifəsini ən azı 2023-cü il 11 dekabrından icra edir.
Belə məlum olur ki, O.Fikrətoğlu əslində vəzifəyə təyin edilməyib, ARKA-nın baş direktoru vəzifəsinin icrasından uzaqlaşdırılıb.
Maraqlıdır ki, O.Fikrətoğlunun nazir müşaviri kimi hansı “vacib sahənin koordinasiyasını” həyata keçirdiyi də qeyd olunmayıb.
- Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video
- Putin İradə Zeynalovaya rütbə verdi
- Həbs edilən başçı Mehdiyevlə qonşu imiş
- İlham Əliyev gərginlik keçirən generallara deyir ki...
- Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...
- Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev
- Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?