Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional bölməsinin rəisi vəzifəsindən istefa verib.
“BUTA TV” Manset.az-a istinadən xəbər verir ki, qurumun Bakı Regional bölməsinin rəisi Zaur Kərimov ərizə yazaraq AQTA-nın sədri Qoşqar Təhməzliyə təqdim edib. Daha sonra Q.Təhməzlinin müvafiq Əmri ilə Zaur Kərimov tutduğu vəzifəsindən azad edilib. Onun vəzifəsi Agentliyin Hüquq şöbəsinin müdiri Elşad İsgəndərova həvalə edilib. Məlumat AQTA-dan təsdiq edilib.
Z. Kərimovun istefa vermə səbəbi bəlli deyil.
Qeyd edək ki, AQTA-nın Bakı Regional bölməsi qurumun ən mühüm strukturlarından biri hesab edilir.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio