Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi hissələri üçün bayraqların alınması məqsədilə “AZER ATRİBUT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalayıb.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, nazirlik toplam 932 ədəd müxtəlif bayraqların və 30 ədəd bayraq üçün dirəklərin alınması üçün şirkətə 197 min 848 manat ödəyəcək.
Müvafiq işlərin görülməsinə bu ayın 2-də başlanılıb, dekabrın 20-ə qədər isə bitməyi planlaşdırılır.
Qeyd edək ki, 2025-ci ərzində Azərbaycan Ordusunun hərbi hissələri üçün müxtəlif bayraqların satın alınması ilə bağlı tenderin ilkin dəyəri 201.992,74 AZN olub. Müdafiə Nazirliyi “AZER ATRİBUT” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 197 min 848 manata razılaşıb.
Gənc deputatların “ŞƏKİL HƏVƏSİ” - Parlamentə “fotostudiya” kimi baxan millət vəkillərinin əsl vəzifəsi nədir?
Müqavilə çərçivəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Ordusunun, Quru Qoşunların, Hərbi Hava Qüvvələrinin müxtəlif ölçülərdə bayraqlarının alınması nəzərdə tutulub.
Bundan əlavə, Türkiyə, Qazaxıstan,Rusiya, Gürcüstan dövlət bayraqlarının alınması da müqaviləyə daxildir.
“Azer Atribut” MMC Bakıda fəaliyyət göstərir. Şirkət böyük və kiçik ölçüdə bayraqların istehsalını, bayraq dirəklərinin isə satışını həyata keçirir.
- İrəvanda yürüş: Azərbaycan bayrağı yandırıldı - Video
- Sahibə Qafarova zəlzələyə görə Qurtulmuşa zəng etdi
- Bakıya qarşı növbəti böhtan: Ona “bəsdir” deyən olacaq?
- "Playstation" klublarla bağlı araşdırma aparılır - Muradova
- Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı
- Şeyx İspaniyaya gedir
- Azərbaycan Ordusu üçün 197 minlik bayraq sifariş edildi
- Çinlə imzalanmış sənədlərin detalları açıqlandı