Biz Lefkoşadakı görüşdə bu ölkələrin nə qədər TDT-yə sadiq olduğunu anlayacağıq. Digər tərəfdən, düşünürəm ki, Türkiyə bu görüşü başqa yerdə də keçirə bilərdi. Ancaq görüşü Şimali Kiprə - Lefkoşaya salıbsa, əsas məqsəd həmin dövlətlərə mesaj ötürməkdir.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Turab Rzayev mayda Lefkoşada keçiriləcək görüşü şərh edərkən deyib.
Politoloq bu tədbirin əhəmiyyətli görüş olacağını vurğulayıb:
“Bizim burada Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı mümkün ssenariləri müşahidə etmək imkanımız olacaq.
Türk Dövlətləri Təşkilatı artıq vahid bir güc kimi formalaşmağa çalışırmı? İqtisadi-siyasi güc olmaq istəyirmi? Yəni bu ölkələr hədəfə sadiqdirlərmi? Bu sualların da cavabı müəyyənləşəcək.
Xüsusilə, Mərkəzi Asiya ölkələrinin TDT-nin gələcəyi və hədəfləri ilə bağlı müəyyən məlumatsızlığının olması, yaxud bu istiqamətlərdə fəaliyyətsizlik göstərməsi ilə bağlı müəyyən şübhələr yaranıb. Biz bunu bir neçə türk dövlətinin Kipr Respublikasını (yunan Kipri) tanıması və AB ilə əlaqələr zamanı müşahidə etmişik.
Əgər Mərkəzi Asiya ölkələri Cənubi Kipri rəsmən tanıyıblarsa, o zaman onların sırf Lefkoşaya dəvət edilməsi incə bir mesajdır. Yəni faktiki olaraq Şimali Kiprin türk dünyasının bir hissəsi olduğu, Şimali Kiprə dəstək mesajı kimi qəbul edilə bilər. Ancaq Cənubi Kipri tanıyan ölkələrin həmin görüşə gəlməsi və aktiv iştirak etməsi sual altındadır”.
Qeyd edək ki, 1-2 may tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşa şəhərində TDT-nin Ağsaqqallar Şurasının 17-ci iclası keçiriləcək.
- Bakıda İƏT-ə üzv ölkələrin toplantısı keçiriləcək
- İşxanyanın döyüşlərdə iştirakı ilə bağlı video yayıldı
- Devos heç zaman deməyib ki, Azadı agent kimi... - Rayan
- Putinlə Trampın telefon danışığı başladı
- Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşdü
- Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı
- Saakyan məhkəmədə bunları etiraf etdi
- Onu döyüb öldürüblər, hadisədən bir gün əvvəl... - Elgünün anası