Xankəndinin statusu artırılır - Azərbaycan üçün tarixi gün

16:48 - 24 Aprel 2025 - GÜNDƏM

 Xankəndinin statusu artırılır - Azərbaycan üçün tarixi gün

Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünün bu il Xankəndidə təşkil ediləcəyini açıqlayıb. Rəis müavini builki mövzunun davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıq olacağını söyləyib. Belə bir mühüm tədbirin Qarabağda keçirilməsi siyasi dairələrdə xüsusi diqqət çəkib.

BUTA.TV xəbər verir ki, politoloq Oqtay Qasımov Globalinfo.az-a açıqlamasında Xankəndidə növbəti İƏT toplantısının keçirilməsininin müsbət və strateji əhəmiyyətli addım olduğunu bildirib.

“İşğaldan azad edilmiş Şuşadan sonra Xankəndidə də beynəlxalq tədbirlərin təşkil olunması çox əlamətdar hadisədir. Bu, bir tərəfdən bölgəyə həyatın qayıtması deməkdir, digər tərəfdən isə bütün dünyaya bu ərazilərin Azərbaycan torpağı olduğunu nümayiş etdirmək baxımından vacibdir.

Beynəlxalq tədbirlərin Xankəndidə təşkili şəhərin statusunun artırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, yaxın gələcəkdə MDB çərçivəsində keçiriləcək tədbirlərə ev sahibliyi edəcək şəhərlər arasında Xankəndi də var, bu, xüsusilə önəmlidir. Şuşada və Xankəndidə keçirilən tədbirlər, işğaldan sonra görülən bərpa və yenidənqurma işlərinin təqdimatı baxımından önəm daşıyır.

Bu xəbər hal-hazırda çox oxunur
Şadlıq sarayları toy sahibinə niyə qəbz vermir?

Gələcəkdə digər işğaldan azad olunmuş ərazilərdə də beynəlxalq tədbirlərin keçirilməsi, regionun inkişafı və xarici investorların cəlb olunması baxımından müsbət nəticələr verəcək”, - politoloq əlavə edib.

Xatırladaq ki, İƏT-in üzvləri arasında Türkiyə, Pakistan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstan yer alır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol