25 aprel 2025-ci il tarixində Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, eləcə də 2020-ci il Vətən müharibəsi zamanı və ondan sonra törədilmiş cinayətlərlə bağlı hazırda Bakı Hərbi Məhkəməsi tərəfindən mühakiməsi davam etdirilən Ruben Vardanyan və digər 15 erməni əsilli şəxslərlə rəftar ilə bağlı Ermənistanın bir sıra iddialarını rədd edib.
BUTA.TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan tərəfinin cavabını və əlaqədar sübutları nəzərdən keçirən Məhkəmə əlavə məlumat istəməməyə və məhbusların saxlanma şəraiti ilə bağlı müstəqil araşdırma və ya ekspert rəyi tələb etməməyə qərar verib.
Məlumdur ki, məhkəməsi həyata keçirilən erməni əsilli şəxslərlə Azərbaycanın və beynəlxalq hüququn bütün tətbiq olunan standartlarına uyğun rəftar edilir və onlara Beynəlxalq Qızıl Xaç Komitəsinin və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının nümayəndələri dəfələrlə baş çəkiblər.
Məhkəmənin qərarı BMT-nin Əsassız Həbslər üzrə işçi qrupunun Ruben Vardanyanın Azərbaycanın milli təhlükəsizliyinə, ictimai təhlükəsizliyinə və ictimai asayişinə ciddi təhdidlərlə bağlı cinayət ittihamları əsasında həbsdə saxlanıldığını təsdiq edən son rəyinə də müvafiqdir.
Bu qərar, Ermənistanın davam edən məhkəmə proseslərini pozmağa və diqqəti əvvəllər işğal olunmuş ərazilərdə Ermənistanın qanunsuz şəkildə yaradılmış rejiminin qeyri-qanuni hərəkətlərindən yayındırmağa yönəlmiş əsassız tələblərinin heç bir nəticə verməyəcəyini bir daha nümayiş etdirir.
- Qatı duman Bakı–Şamaxı yolunu bürüdü - Video
- Tanınmış həkimə vəzifə verildi
- Azər Mursaqulov kollektivə təqdim edildi
- Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
- İrana aid tarixi əsərlər Çində yoxa çıxdı
- Bakı və Vaşinqtonun strateji tərəfdaşlığı - Detallar
- Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub
- Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı