Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Binyamin Netanyahu mayın 7-də Azərbaycana səfər edəcək. Səfərin ayın 11-dək davam edəcəyi gözlənilir. Eyni zamanda mayın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfər edəcəyi gözlənilir.
Maraqlıdır, eyni vaxtda həm Netanyahu, həm də Ərdoğan Bakida olacaqlar. Onların Bakıda görüşü mümkündürmü?
BUTA.TV xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakupost.az-a açıqlamasında onların Bakıda görüşünün mümkün olduğunu bildirib.
"Ərdoğan və Netanyahunun görüşü istisna olunmur. Güman ki, geniş müzakirələr olacaq. İsrail üçün Türkiyənin mövqeyi çox vacibdir. Ələlxüsus ona görə ki, artıq İsrail və İran arasında ciddi toqquşma ehtimalı çox yüksəkdir. Bu vəziyyətdə Türkiyənin mövqeyi olduqca vacibdir. Ona görə İsrail istər-istəməz Türkiyə ilə bu və ya digər şəkildə məsələləri həll etməlidir".
Qeyd edək ki, “Tayms of İsrail” də Netanyahunun Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün gözlənildiyini bildirib.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio