Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində David İşxanyanın Şuşanın işğalının qarşısını almaq istəyən Azərbaycan hərbçilərinin yolunu bağlaması barədə videomaterial nümayiş olunub.
BUTA.TV xəbər verir ki, ermənilər tərəfindən hazırlanmış videomaterialda Azərbaycan hərbçilərinin Şuşanın işğalının qarşısını almaq məqsədilə Xocavənd istiqamətində irəliləməsini dayandırmaq üçün D.İşxanyan və onun dəstəsi Monte Melkonyanın əmri ilə yolu bağladıqları bildirilir.
Videokadrlarda vurğulanır ki, 1992-ci il mayın 15-də dəstə komandiri Armen Avokyan döyüş zamanı ölüb, onun yerinə Davit İşxanyan təyin olunub.
Təqsirləndirilən şəxs D.İşxanyan videomaterilada yer alan faktların düzgün olmadığını, bu vidematerialın təbliğat məqsədi ilə çəkildiyini iddia edib.
O deyib ki, bu film 2020-ci ilin əvvəllərində Azərbaycanın vaxtilə işğalda olan ərazilərində qondarma rejimin “parlament və prezident seçkiləri” ərəfəsində çəkilib:
“Bunun məqsədi təbliğat idi. Mən həmin vaxt əsayla gəzirdim. İstəsəydim belə, fiziki cəhətdən orda iştirak edə bilməzdim”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
- 44 günlük savaş: erməni generallar əsgərləri belə öldürüb - Video
- Nikolun Minsk qrupu gedişi: Məqsəd Bakıya təzyiqdir…
- Mən həmin vaxt əsayla gəzirdim… - İşxanyan
- Qazaxın azad olunan 4 kəndi ilə bağlı bu işlərə başlanıldı
- Qarabağ erməniləri indi də Ermənistana müharibə elan etdi
- Elçin Əmirbəyov Meksika Senatında - Foto
- Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək
- Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək