Qarabağdakı erməni silahlı quldur dəstəsinin başçılarından olan Vitali Balasanyan Rusiya lideri Vladimir Putinə müraciət ünvanlayıb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, özünü qondarma rejimin keçmiş "Təhlükəsizlik Şurasının katibi" adlandıran Balasanyan Rusiyanın vasitəçiliyi ilə ermənilərin Azərbaycanın əzəli tormaqlarına yenidən qayıdacağına ümid etdiyini bildirib.
Balasanyan bu il Sovet İttifaqının faşist Almaniyası üzərində Böyük Qələbənin 80-ci ildönümünün qeyd olunduğunu fürsət bilib Rusiya liderinə erməni xalqının uydurma qəhrəmanlığından bəhs edib. Belə ki, həmin böyük qələbəyə 90 min Qarabağdan olan ermənin töhfə verdiyini deyib.
"Ümid edirik ki, sizin vasitəçiliyinizlə Böyük Vətən Müharibəsində qalib gəlmiş xalqın varisləri olan Qarabağ erməniləri öz tarixi vətənlərinə qayıdacaqlar", - o müraciətində bildirib.
- “Qırmızı Ürəklər” proqramının qalibləri donorlarla görüşdü
- Tanınmış həkimə vəzifə verildi
- ADY sədri Türkmənbaşı Beynəlxalq Dəniz Limanında olub
- Azər Mursaqulov kollektivə təqdim edildi
- Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır
- İrana aid tarixi əsərlər Çində yoxa çıxdı
- Bakı və Vaşinqtonun strateji tərəfdaşlığı - Detallar
- Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub