UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı Report-a UNİSEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur (Iryna Mazur) təsdiqləyib.
Bildirilib ki, UNİSEF-in Azərbaycandakı fəaliyyəti qarşıdakı aylarda mərhələli şəkildə dayandırılacaq.
“UNİSEF Azərbaycanda tərəfdaşlarla əməkdaşlığı regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək”, - o əlavə edib.
İrina Mazur vurğulayıb ki, 1993-cü ildən bəri UNİSEF Azərbaycan hökuməti ilə birgə çalışaraq uşaqlar üçün vacib xidmətlər və dəstək təmin edib:
“Son 30 il ərzində əməkdaşlığımız uşaq ölümlərinin azalmasına, keyfiyyətli təhsilə çıxışın genişlənməsinə və uşaq müdafiəsi sistemlərinin gücləndirilməsinə töhfə verib”.
Qeyd edək ki, UNİSEF dünyanın 190 ölkəsində uşaq hüquqlarını dəstəkləyən və qoruyan təşkilatdır.
- Rusiya Azərbaycana qarşı bu qadağaya hazırlaşır
- Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
- Narkotacir iddialarından sonra Şəbnəmin toydan yeni görüntüləri yayıldı
- Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəməsi başladı
- Bakının Kremlə cavabı yeni başlayır: Hələ 355 “yuva” var
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı
- Rusiya təbliğat maşını Azərbaycana qarşı: nələr yazırlar?
- Kremlin Bakıya “hücumu”nun səbəbi: Nə istəyirmiş?