Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Tural Qüdrət oğlu Piriyevin Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edilməsi barədə Sərəncam imzalayıb.
BUTA.TV Tural Piriyevin dosyesini təqdim edir:
Tural Qüdrət oğlu Piriyev 1981-ci ildə Bakı şəhərində anadan olub. O, tanınmış jurnalist Qüdrət Piriyevin oğludur.
2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat, 2004-cü ildə isə magistratura səviyyələrini fərqlənmə diplomları ilə bitirib.
2014-2015-ci illərdə İngiltərənin Durham Universitetinin Hüquq fakültəsində magistratura səviyyəsi üzrə təhsil alıb. 2005-2006-cı illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığında müddətli həqiqi hərbi xidmət keçib.
2003-cü ildən etibarən əmək fəaliyyətinə başlayaraq özəl sektorun müxtəlif sahələrində çalışıb.
2007-2012-ci illərdə “PAŞA Holdinq” MMC-də hüquqşünas, 2012-2014-cü illərdə “Kapital Bank” ASC-nin Hüquq departamentinin direktoru vəzifələrində çalışıb.
Bu müddət ərzində paralel olaraq “Kapital Bank” ASC-nin audit komitəsinin üzvü, “PAŞA Həyat Sığorta” ASC-nin təftiş komitəsinin sədri, “Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin təftiş komissiyasının üzvü olub.
2016-cı ildən 2020-ci ilin may ayınadək “PAŞA Holdinq” MMC-nin Türkiyə nümayəndəliyinin rəhbəri olub, eyni dövrdə Türkiyədə “PD Turizm ve Gayrimenkul A.Ş.” şirkətinin Müşahidə Şurası sədrinin müavini, “Şeffaf Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” şirkətinin Müşahidə Şurasının üzvü olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 may 2020-ci il tarixli Sərəncamı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib.
İngilis, rus, türk dillərini bilir.
Ailəlidir, 2 övladı var.
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı
- Rusiya təbliğat maşını Azərbaycana qarşı: nələr yazırlar?
- Kremlin Bakıya “hücumu”nun səbəbi: Nə istəyirmiş?
- Pezeşkian Xankəndiyə gəlir
- Azərbaycanın səfiri Rusiya XİN-ə gəldi - Video
- Etnik repressiya Rusiyanı daxildən məhv edəcək
- “Rusiya tərəfi qardaşlarımın qətlini ört-basdır etməyə çalışır“ - Seyfəddin Hüseynli
- Bakıda qərar gözlənilir – Kremlin həssas nöqtəsi “vurulur”?