Biz Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması barədə şərti ilə razıyıq.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənsitanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, bu, ümumilikdə, rəsmi İrəvan üçün qəbulediləndir:
"Biz əmin olmaq istəyirik ki, Azərbaycanın niyyəti, belə demək olarsa, bu, münaqişəni öz ərazisində bağlayıb, onu Ermənistan ərazisinə köçürmək deyil. Bunun da həlli yolu var. Bunun üçün bizim təklif etdiyimiz yol budur ki, sülh razılaşması və ATƏT-ə Minsk qrupunun buraxılması barədə müraciət eyni yerdə, eyni vaxtda imzalansın".
Ermənistan baş nazirinin fikrincə, bu, qarşılıqlı etimadın yaradılması və bölgədə stabilliyin qorunması üçün mühüm jest olardı.
- Bakıda yaşayış binasında yanğın - Video
- Bu məhsullar bahalaşdı
- DİN: “El nə deyər?”, “Qonum-qonşu bilməsin” kimi ifadələr...
- Bu 6 məktəbə direktor təyin edildi - Foto
- İmişlidə narkokuryer qadın və kişi saxlanıldı - Foto
- Bakıda insident: kuryeri bıçaqlayıb, qızılları apardı - Anbaan video
- Aeroport yolu bağlanır
- Azər Qasımlıya cəza istənildi