Paşinyan İTV-yə müsahibəsində özü-özünü təkzib etdi

10:44 - 16 May 2025 - GÜNDƏM

 Paşinyan İTV-yə müsahibəsində özü-özünü təkzib etdi

İctimai Televiziyanın Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanlandığı sual rəsmi Bakının sülh sazişinin imzalanması üçün irəli sürdüyü son şərtləri özündə əks etdirirdi. Və bu, regionda davamlı sülhün perspektivləri baxımından Azərbaycan ictimaiyyətinin cavab tapmaq istədiyi məələlərdir.

1. ATƏT-in Minsk qrupunun de-yure buraxılması;

2. Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi;

Paşinyan suallara cavabında özü-özünü təkzib edir. Bildirir ki, “Ermənistanda hələlik yeni konstitusiya layihəsi yoxdur” və iddia edir ki, mövcud konstitusiya sülh sazişinin imzalanmasına maneə yaratmır. Çünki Ermənistan Konstitusiya Məhkəməsi “mövcud konstitusiyaya görə, ölkəmizin qonşulara qarşı ərazi iddiasının olmadığı” qərarını verib. Həmçinin, sülh sazişinin mətnində hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyır və sülh sazişində “sənəd ratifikasiya olunduqdan sonra heç bir tərəfin onun icrası ilə bağlı öz qanunvericiliyinə müraciət edə bilməyəcəyinə dair” maddə var.

Bu xəbər hal-hazırda çox oxunur
Vüsal Məmmədov işdən çıxarıldı

Əvvəlki mövqeyindən əl çəkməyən erməni baş nazir bununla konstitusiya dəyişdirilmədən sülh sazişinin imzalanması mövqeyini təkrarlayır. Habuki, Paşinyanın verdiyi “zəmanət” kifayət qədər mübahisəlidir, xüsusilə gələcəkdə mümkün hakimiyyət dəyişikliyində erməni revanşistlərin konstitusiya və sənədin istinad etdiyi istiqlal bəyannaməsini əsas götürəcəyi gözləntiləri fonunda.

Ermənistanın mövcud konstitusiyasının sülh sazişinin imzalanmasına mane olmadığını deyən erməni baş nazir Minsk qrupunun buraxılması məsələsində əks mövqe sərgiləyir. Bildirir ki, Azərbaycanın Minsk qrupunun buraxılması şərti ilə razıdırlar, lakin “əmin olmaq istəyirik ki, Azərbaycanın niyyəti bu münaqişəni öz ərazisində bağlayıb, onu Ermənistan ərazisinə köçürmək deyil”.

Paşinyan burada Qərbi Azərbaycan məsələsini nəzərdə tutur, halbuki, azərbaycanlı qaçqınların evlərinə qayıdışı Ermənistana qarşı ərazi iddiası yox, beynəlxalq hüququn tələbidir. Rəsmi İrəvan məsələni “ərazi iddiası” kimi təqdim etməklə qayıdış hüququnu siyasiləşdirməyə çalışır.

Erməni baş nazirin cavablarından sual yaranır: sülh sazişi mətnində tərəflərin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyasını “problem” olmaqdan çıxarırsa, azərbaycanlıların qayıdış hüququ da problem yaratmamalıdır, o zaman, İrəvan Minsk qrupunun buraxılması məsələsini niyə bu kontekstdə şərh edir?!

İrəvanın Bakının tələblərini müxtəlif formalarda şərh etməklə yayınmağa çalışdığı aydındır, Nikol bu dəfə eyni iddiaları Azərbaycan ictimai rəyinə “satmağa” çalışdı. Lakin cavabın nə olmasından asılı olmayaraq, azərbaycanlı jurnalistin sualı bu kontekstdə qurması erməni baş nazirin ilk dəfə Azərbaycan mediasına müsahibəsində Bakının tələblərinə cavab verməyə məcbur edilməsi baxımından önəmli idi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol