12:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Tiranada Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen ilə görüşü olub.
BUTA.TV xəbər verir ki, Antonio Koşta və Ursula Fon der Leyen Azərbaycanın Avropa Birliyinin vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək ölkənin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyiblər.
Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulanıb. Bununla yanaşı, ölkənin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da məmnunluqla qeyd edilib.
Prezident İlham Əliyev Azərbaycanın Avropa Birliyi ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək ölkəsinin Avropanın enerji təhlükəsizliyində roluna toxunub. Dövlət başçısı ölkəsi ilə Avropa Birliyi arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu deyib, bu gün Avropanın 10, o cümlədən Avropa Birliyinin 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolunu vurğulayıb.
Ölkəsinin Orta Dəhlizdə oynadığı vacib rola toxunan Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyaları və bu istiqamətdə aparılan işləri qeyd edib. Dövlət başçısı Orta Dəhlizlə yüklərin daşınma həcminin artdığını da deyib.
Söhbət zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri səviyyəsində Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında Sazişə, həmçinin Qara dənizin dibi ilə bərpaolunan enerji resurslarının ixracı üçün elektrik kabel xətti layihələrinə toxunulub.
Avropa Birliyi ilə əməkdaşlıq üçün bu istiqamətlərdə geniş imkanların olduğu qeyd edilib.
Görüşdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılan müzakirələrə toxunulub, bu sahədə də Avropa Birliyi ilə əməkdaşlıq üçün böyük perspektivlərin mövcud olduğu vurğulanıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
- Bu fotoya baxın: Bu qədər lider toplanıb, ona zəng edir ki…
- Paşinyanın kofe təklifinə Əliyevdən maraqlı cavab - Video
- Bakı və İrəvanın sülh sazişi imzalamaq səyləri… - Makron
- Ukraynalılar İstanbulda ruslarla tərcüməçi ilə danışır
- İlham Əliyev Albaniyada özü ilə bağlı bu ifadəni işlətdi - Video
- İlham Əliyev Albaniyada mühüm tədbirdə iştirak edir
- Albaniyada tədbirdə iştirak edən liderlərə sürpriz - Video
- Əliyev-Paşinyan-Ərdoğan görüşü: bu hərəkət diqqət çəkdi - Video