Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqavilənin ratifikasiyası haqqında qanunu imzalayıb.
BUTA.TV xəbər verir ki, sənəd Özbəkistan parlamentinin saytında dərc olunub.
“Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında müqavilə ratifikasiya edilsin”, - mətndə qeyd olunub.
Özbəkistan Senatından bildirilib ki, sənəd tərəflərin bir-birinə qarşı yönəlmiş heç bir blok və ya ittifaqda iştirak etməmək, tərəflərdən birinin fikrincə, iki dövlətin strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə xələl gətirə biləcək hər hansı hərəkətlərdə iştirak etməmək öhdəliyini müəyyən edir:
“Bundan əlavə, saziş siyasi əməkdaşlığın genişləndirilməsi, ticarət-iqtisadi, mədəni-humanitar əlaqələrin inkişafı, yeni layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır”.
Qeyd edək ki, saziş 2024-cü il avqustun 23-də Daşkənddə Özbəkistan Prezidenti Şövkət Mirziyayev və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb.
- Musiqi üzrə qabiliyyət imtahanlarına start verildi
- Respondentlərin 93.6 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir - MEDİA
- Sərhədimizini pоzduqlarına görə 21 nəfər saxlanıldı
- Zamin Zəkinin cəzası azaldıldı
- BakıKart artıq ABB mobile-da!
- Sabiq məmurun cinayət işi məhkəməyə göndərildi - Foto
- Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı
- Gürcüstanda azərbaycanlı qız öldürüldü - Foto