TDT-nin Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Özbəkistanın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna (TÜRKSOY) qoşulması ilə bağlı qərar qəbul edilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə birgə mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, bu da mədəni əlaqələrin gücləndirilməsi və Avrasiya dünyasının zəngin və rəngarəng irsinin qorunması, təşviqi və inkişaf etdirilməsi istiqamətində mühüm addımdır:
"Eyni zamanda TDT Xarici İşlər Nazirləri Şurası Budapeştdəki nümayəndəliyinin icraçı direktoru vəzifəsinə təyinatla bağlı qərarı da təsdiqləyib. Bu nümayəndəlik Avropa tərəfdaşlarımızla əməkdaşlığın, koordinasiyanın və əlaqələrin gücləndirilməsində əhəmiyyətli rol oynayıb. Daha sonra dövlət başçıları Əfqanıstanla bağlı bəyanatı təsdiqlədilər. Bu da Türk Dövlətləri Təşkilatının Əfqanıstandakı dəyişən vəziyyətlə bağlı vahid mövqeyini və əlaqələndirilmiş yanaşmasını əks etdirir. Biz regional sülhə, sabitliyə və humanitar dəstəyə töhfə vermək öhdəliyimizi bir daha təsdiqləyirik”.
- Musiqi üzrə qabiliyyət imtahanlarına start verildi
- Respondentlərin 93.6 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir - MEDİA
- Sərhədimizini pоzduqlarına görə 21 nəfər saxlanıldı
- Zamin Zəkinin cəzası azaldıldı
- BakıKart artıq ABB mobile-da!
- Sabiq məmurun cinayət işi məhkəməyə göndərildi - Foto
- Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı
- Gürcüstanda azərbaycanlı qız öldürüldü - Foto