Audiovizual Şuranın tərtib etdiyi inzibati protokola xitam verilməsi qərarı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilib, “Teleport” MMC cərimə olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin sonlarından 2025-ci ilin mart ayınadək Audiovizual Şuranın mütəxəssisləri operatorlar tərəfindən təqdim olunan sənədlərə və onların retranslyasiya paketlərinə baxış həyata keçirmiş, müvafiq monitorinq işləri aparıblar:
"Aparılmış monitoriqlər nəticəsində 20 platforma operatoru barədə inzibati xəta haqqında protokollar tərtib edilib və müvafiq məhkəmələrə göndərilib. Məhkəmələrin qərarlarına əsasən, həmin operatorların hərəsi 5 min manat cərimə olunub".
Yalnız Nəsimi Rayon Məhkəməsinin 12 mart tarixli qərarı ilə Audiovizual Şuranın “Teleport” MMC barədə tərtib etdiyi inzibati protokola xitam verilib:
"Bununla bağlı Audiovizual Şura Bakı Apellyasiya Məhkəməsinə şikayət verib və həmin məhkəmənin 24 aprel 2025-ci il qərarı ilə ilk instansiya məhkəməsinin qərarı ləğv edilərək “Teleport” MMC-nin 5 min manat cərimə edilməsi ilə bağlı qərar qəbul olunub. Qərar qətidir və ondan şikayət verilə bilməz".
Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər.
- “Azercell Biznes” İoT və M2M platformasını təqdim edir
- Azərbaycanda bu yol qara görə bağlandı - Foto
- İlhamə Quliyevanın bacısı qızı 800 minlik dələduzluqda ittiham olunur
- Səbuhi Qurbanova yeni vəzifə verildi
- Bu rayona yarım metr qar yağdı
- Dövlətə xəyanət edən şəxsin məhkəməsi başladı
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
- Bakıda nasaz avtomobil maşrut avtobusu ilə toqquşdu - Video