İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
BUTA.TV təbrikin mətnini təqdim edir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizi və ölkənizin xalqını ürəkdən təbrik edirəm.
Dost və qonşu xalqlarımızın ortaq tarixi, onlar arasındakı qırılmaz bağlar ölkələrimizin münasibətlərinin inkişafı üçün qiymətli sərmayə yaratmışdır.
İran İslam Respublikası əlaqələri ortaq maraqlar çərçivəsində strateji tərəfdaşlıq səviyyəsinə qədər genişləndirmək və yüksəltmək əzmindədir, bu baxımdan nəqliyyat, elektrik enerjisi, təbii qaz ilə bağlı müxtəlif sahələrdə ortaq layihələrin tamamlanması işlərinin sürətləndirilməsinin, ticarət mübadiləsinin həcminin artırılmasının, insanlar arasında təmasların asanlaşdırılmasının önəm kəsb etdiyini vurğulayır.
İran İslam Respublikası ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmaqla regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasında mühüm rol oynaya biləcək kommunikasiya yollarının açılacağına inanır.
Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə səadət və xoş günlər arzulayıram".
- Azad edilmiş ərazilərdə yaşayanların son sayı açıqlandı
- Qəbiristanlıqların dağıdılması barbarlıqdır - Arutyunyan
- Bakıda TDT-nin ikinci görüşü: Kommünike imzalandı...
- Hikmət Mirzəyev Türkiyənin ordu generalı ilə görüşdü
- Əlaqələndirmə Qərargahının növbəti iclası keçirildi
- AB sammitinin Bakıda keçirilməsini alqışlayıram - Paşinyan
- Ceyhun Bayramov Misir səfiri ilə görüşdü
- Sübhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası...