İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktub ünvanlayıb.
BUTA.TV məktubun mətnini təqdim edir:
“Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım.
İcazə verin, Sizə dərin ehtiramımı ifadə edim və Seçenov Universitetinin kollektivi adından, həmçinin şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının bütün xalqını Müstəqillik Günü münasibətilə təbrik edim.
Azərbaycan xalqının rifahı naminə genişmiqyaslı fəaliyyətiniz, humanitar dəyərlərə dərin sədaqətiniz, səhiyyə, təhsil və mədəniyyətin inkişafına böyük töhfəniz beynəlxalq aləmdə Sizə səmimi hörmət qazandırıb.
Sizin rəhbərliyinizlə ölkənin mənəvi potensialını möhkəmləndirən çox mühüm sosial təşəbbüslər həyata keçirilir. Sizin tibb elminin və təcrübəsinin inkişafına, həmçinin vətəndaşların sağlamlığının möhkəmləndirilməsinə yönəlmiş proqramların dəstəklənməsinə mühüm töhfənizi xüsusi qeyd etmək istərdim.
Sizə möhkəm cansağlığı, əmin-amanlıq və yüksək missiyanızda yeni-yeni uğurlarla bağlı ən xoş arzularımı qəbul edin.
Qoy, Azərbaycan sülh və tərəqqi naminə bundan sonra da yeni zirvələr fəth etsin!”
- İlhamə Quliyevanın bacısı qızı 800 minlik dələduzluqda ittiham olunur
- Səbuhi Qurbanova yeni vəzifə verildi
- Bu rayona yarım metr qar yağdı
- Dövlətə xəyanət edən şəxsin məhkəməsi başladı
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
- Bakıda nasaz avtomobil maşrut avtobusu ilə toqquşdu - Video
- Bakı-Şamaxı-Yevlax yolu buz bağladı - Foto
- Bakıda yeni tikilən binada dayaq sütunu uçdu - VİDEO