Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Araik rutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 23-də davam etdirilib.
BUTA.TV xəbər verir ki, məhkəmə prosesində Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistanın təşəbbüsü ilə yaradılan “Şuşa əlahiddə taboru”nun tərkibində xarici ölkələrdən gələn şəxslərin iştirakını ifşa edən videomaterial tədqiq olunub.
Kadrlarda bildirilir ki, Ermənistandan və dünyanın müxtəlif yerlərindən, o cümlədən ABŞ-dan, Kanadadan, Suriyadan gələn 210-dan artıq daşnak və könüllü tərəfindən 1991-ci il noyabrın 5-də “Şuşa əlahiddə taboru” yaradılıb.
Videomaterialda Movses Akopyan (2016-2018-ci illərdə Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi olub – red.) çıxışında onların hərbi hissələrinin əməliyyatlarından danışıb və bildirib ki, xüsusən də Horadiz istiqamətində döyüşlərdə iştirak ediblər: “Bu gün xidmət edən zabitlər xəritə üzərindən görə bilərlər ki, Qaraxanbəyli istiqamətində düşmənin dərinliyinə doğru irəliləmişik. Tabor Əsgəran, Şuşa, Xocavənd, Ağdərə, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Zəngilan əməliyyatlarında iştirak edib”.
- BakıKart artıq ABB mobile-da!
- Sabiq məmurun cinayət işi məhkəməyə göndərildi - Foto
- Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı
- Gürcüstanda azərbaycanlı qız öldürüldü - Foto
- Ursula Fon der Lyayen Azərbaycandadır - Fotolar
- Sumqayıtda mənzil sahibi olmaq istəyənlər üçün yeni fürsətlər...
- “Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
- Elnur Hidayətoğlu TƏBİB-dən getdi