Ukrayna ilə Rusiya arasında amansız mübarizə günü-gündən güclənir və hesab edirəm ki, yaxın müddətdə müharibə daha da ağır olacaq.
Bu sözləri BUTA.TV-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Ukraynanın Rusiyaya PUA hücumunu gücləndirməsi haqda danışarkən deyib.
“Ukraynanın dronları Rusiyanın hava limanlarını iflic vəziyyətə salıb. Hətta son 2-3 gündə Ukrayna PUA-ları Moskva hava limanlarının normal işləməsinə imkan vermir, bu da on minlərlə insanın narazılığına səbəb olur. Bu, Rusiya paytaxtında müharibəni insanların ciddi şəkildə hiss etməsi deməkdir”, - ekspert bildirib.
Onun sözlərinə görə, baş verən dron hücumları artıq Rusiyanı çox narahat edir:
“Hətta bir neçə gün əvvəl Rusiya prezidentinin açıqlaması olmuşdu ki, 9 May Qələbə paradında da Ukrayna hücumlar həyata keçirib.
Son vaxtlar Rusiya Donetsk vilayəti ətrafında müəyyən uğur əldə edib və daha çox ərazi ələ keçirməyə həvəslənir. Ancaq Ukraynanın son zamanlarda istifadə etdiyi dronlar da Rusiya üçün başağrısına çevrilib.
Hazırda qəribə vəziyyət yaranıb: Rusiya strateji məqsədinə çatmayıb, Ukraynanın isə elə bir gücü yoxdur ki, ərazilərini işğaldan azad etsin. Buna görə də müharibənin uzanma ehtimalı yüksəkdir”.
- BakıKart artıq ABB mobile-da!
- Sabiq məmurun cinayət işi məhkəməyə göndərildi - Foto
- Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı
- Gürcüstanda azərbaycanlı qız öldürüldü - Foto
- Ursula Fon der Lyayen Azərbaycandadır - Fotolar
- Sumqayıtda mənzil sahibi olmaq istəyənlər üçün yeni fürsətlər...
- “Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
- Elnur Hidayətoğlu TƏBİB-dən getdi