Hakimiyyət dairələrində dolaşan məlumatlara görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan səfəri Rusiyanın Zəngəzurda konsulluq açmaq məsələsini həll etməyib.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Qəzet iddia edir ki, bu ərazidə Rusiyanın konsulluğu açılmaya bilər:
“Rusiya tərəfi 2023-cü ildən bəri Zəngəzurda konsulluq açmağa çalışır. 2022-ci ildən etibarən Qafan şəhərində artıq İranın konsulluğu fəaliyyət göstərir, yaxın günlərdə isə Gorusda Fransanın konsulluğu açılacaq. Rusiya tərəfi mayın sonunadək konkret razılaşmanın əldə olunacağını bildirsə də, mənbələrimiz konsulluğun açılmaması üçün hər şeyin ediləcəyini deyir. Hakim Mülki Müqavilə Partiyasından deputat Marina Kazaryan isə konsulluğun açılmasının niyə uzandığı sualına absurd cavab verib. O bildirib ki, məsələ yerli hakimiyyətin səlahiyyətindədir, konsulluq üçün ərazi ilə bağlı məsələ hələ həll olunmayıb və uyğun yer axtarışı davam edir”.
- Bakıda yeni tikilən binada dayaq sütunu uçdu - VİDEO
- Ermənilər də Yutubdan pul qazana biləcək
- Pol Qobl: Azərbaycan regionda dominant oyunçuya çevriləcək!
- ABŞ Azərbaycana qayıqlar tədarük edəcək - Vens
- Vardanyan məhkəmədə son çıxışını etdi
- Daha bir marşrut üzrə avtobuslar yeniləndi
- İlham Əliyevin ABŞ-nin vitse-prezidenti ilə məhdud tərkibdə görüşü başlayıb
- "Bank Avrasiya" ən çox şikayət edilən bank oldu