Türkiyə liderinin açıqlaması İranın mövqelərinin regionda vəziyyətin inkişafında həqiqətən təsirli olduğunun göstəricisidir.
BUTA.TV xəbər verir ki, bu sözləri ianlı analitik Kayhan Barzegar Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi məsələsində İrandan dəstək gözlədikləri haqda sözlərini şərh edərkən erməni mediasına deyib.
Onun sözlərinə görə, bu həm də onu göstərir ki, Türkiyə və Azərbaycan İranla bağlı siyasətində bu məsələyə ciddi yanaşır və bu münasibətlərdə gündəmdə olan bir mövzudur:
“Bu, onu göstərir ki, o yolun açılmasında və onun formatının aydınlaşdırılmasında İranın mövqeyi mühüm əhəmiyyət kəsb edir. Lakin qeyd etməliyəm ki, İran öz mövqelərindən əl çəkməyib və bu məsələni həm Tehranda, həm Bakıda, həm də İrəvanda daim qaldırır ki, yollar güc yolu ilə deyil, ölkələrin suverenliyi çərçivəsində açılmalıdır. Düşünmürəm ki, İran hər hansı şəraitdə bu qırmızı xəttdən əl çəkəcək. Əlbəttə ki, Ermənistan mövqeyini dəyişməsə”.
Ekspert qeyd edib ki, burda əsas məsələ İranın “işarələnməsidir”:
“Bu onu göstərir ki, bəlkə də bu məsələdə Türkiyə üçün əsas maneə İrandır və vaxtı çatanda dəhliz danışıqlarında İran masada olacaq”.
Qeyd edək ki, İran ekspertləri adətən hakimiyyətin mövqeyinin dolayı ifadəçiləri hesab olunurlar.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio