Kremldən Qarabağ və işğal etirafı – İlk dəfə!

12:42 - 10 İyun 2025 - SİYASƏT

 Kremldən Qarabağ və işğal etirafı – İlk dəfə!

Rusiya lideri Vladimir Putinin köməkçisi Vladimir Medinskinin ötən gün Ukraynada “sülhsüz atəşkəsi” Qarabağla müqayisə etməsinə reaksiyalar təəccüb doğurur.

Medinski dedi ki, əgər münaqişəni cəbhə xəttində dayandırıb, əsl sülh olmadan, sadəcə atəşkəs bağlansa, - bilirsinizmi, Ermənistanla Azərbaycan arasında mübahisəli Qarabağ bölgəsi var idi, - bu region böyük bir Qarabağa çevriləcək, bir müddət sonra Ukrayna NATO-ya üzv olacaq, müttəfiqləri ilə birlikdə bu əraziləri geri almağa çalışacaq və bu, planetin sonu olacaq, bu, nüvə müharibəsi olacaq.

Əsas etiraz Medinskinin Qarabağı “mübahisəli ərazi” adlandırmasının üstündədir: hətta XİN Rusiyanın Qarabağın Azərbaycan ərazisi olduğunu işğal dövründə də tanıdığını arqument kimi Putinin köməkçisinə xatırladıb.

Medinski tarixçidir, hətta Kiyevin 12-ci əsrdən üzü bəri “tarixi haqda” İstanbulda geniş bir mühazirə də oxuyub ki, əksər danışıqçılar bundan narahatdırlar. Çünki söhbət tarixdən yox, hazırkı beynəlxalq öhdəliklərdən, sərhədlərin toxunulmazlığından, hüquqdan gedir.

Rusiyaya “beynəlxalq hüquq”, “sərhəd toxunulmazlığı” və s. dəyərlər keçmir ki! Bu ölkə tarixi də hər zaman saxtalaşdırıb, özü qurduğu saxta tarixə istinad edib, hüququ da ayaqlarının altına alıb!

Medinski məhz bunu, həm də ilk dəfə, həm də ən yüksək səviyyədə etiraf etmiş oldu! Tarixçidir axı – bütün prosesi yaxşı bilir: adam bircə cümlədə etiraf etdi ki, erməniləri 1828-ci il Türkmənçay müqaviləsindən sonra bölgəyə gətirib yerləşdirən, ermənilərə Azərbaycan torpaqlarında dövlət qayıran, Qarabağa muxtar vilayət statusu verən də bizik, keçmiş Dağlıq Qarabağı işğal edib, ermənilərə təqdim edən də!

İndi də eyni prosesi Rusiya Ukraynada aparır – ancaq bu dəfə “erməni” adıyla deyil, öz adıyla; bu dəfə erməniləri qabağa verib, “xalqların öz müqəddəratını təyin etmək hüququ” ilə manipulyasiya etmir, indi “milyonlarla rus icmasının hüququnu qorumaq” adı ilə Ukraynanın beynəlxalq səviyyədə tanınan ərazilərini işğal edir!

Medinski açıq şəkildə dedi ki, 1994-cü ildə, “başımız qarışıq” olanda Ermənistanla Azərbaycan atəşkəs imzaladı, nəticədə Azərbaycan 30 ilə yaxın zamandan sonra öz torpaqlarını işğaldan azad edə bildi – halbuki biz buna imkan verməyəcəkdik!

Medinski etiraf edir ki, 10 noyabr 2020-ci il sazişində niyə israr edib!

Medinski Putinin 2022-ci il 5 oktyabrda Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığından dolayı “şoka düşdüyünü” açıq şəkildə etiraf etməsini xatırladır bu sözlərlə - çünki Rusiyanın “planı” başqaydı.

Medinski Azərbaycan və Türkiyənin timsalında NATO-nun Cənubi Qafqazda Rusiyanın işğal etdiyi əraziləri geri qaytara bilməsini açıq şəkildə etiraf edir – bundan niyə təəccüblənirsiniz ki!

İndi də Rusiya Ukraynanın ərazisini işğal edib və bunu da dəqiqliyi ilə bilir; bilir ki, bu, beynəlxalq hüquqa ziddir, nüvə silahını əlindən almaq üçün təhlükəsizliyinə qarant olduğu bir ölkəni parçalamaqdır və ehtiyat edir ki, atəşkəs olar, Ukrayna güclənər və işğaldakı torpaqlarını geri alar!

Əslində etirafa görə Medinskiyə təşəkkür borcumuz var.

Medinski həm də qələbəmizin miqyasını daha doğru dərk etmək fürsəti verir...


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol