Təqdirə layiq haldır ki, bu gün Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsilin əhatəliyinin artırılması istiqamətində ciddi addımlar atır. Lakin bu istiqamətdə bir sıra əngəllər var. Heç kimə sirr deyil ki, Bakı şəhərində və eləcə də respublikamızın ayrı-ayrı bölgələrində yüzlərlə, körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Lakin onların böyük bir qisminin xüsusi razılıq-lisenziyası olmadığı üçün onlar müxtəlif adlar altında (məsələn, tədris mərkəzi, təhsil mərkəzi, kurs və.s) faktiki olaraq körpələr evi-uşaq bağşasının funksiyasını həyata keçirirlər.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Samir Vəliyev bildirib.
"Orada təhsil və təlim – tərbiyə alan minlərlə uşağın məktəbəqədəri bitirməsini özündə əks etdirən real statistikaya daxil olmaması deməkdir. Bu növ fəaliyyəti Elm və Təhsil Nazirliyi tərəfindən körpələr evi - uşaq bağçası kimi lisenziyalaşdırması isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı imkan vermir. Həmin qərarda nəzərdə tutulan "Məktəbəqədər təhsil müəssisələrinin tikintisi’’nə dari olan hissəsinə yenidən baxılmasını vacib hesab edirik", - deputat qeyd edib.
- Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - Video
- AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
- "Birbank"ın inklüziv bankçılıq imkanları: İşarət dili ilə xidmət...
- Tanınmış həkimə böhtan atan qadınlar cəzalandırıldı
- 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
- THY-yə biletlər DigiTravel-lə ABB mobile tətbiqində!
- Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
- MEDİA müsabiqənin nəticələrini açıqladı