Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri (səfirlər və müşavirlər) işğaldan azad edilən şəhər və rayonlara səfər ediblər.
“Qafqazinfo” xəbər verir ki, əvvəllər dəfələrlə dəvət olunmasına baxmayaraq, Fransa səfiri səfərlərdə iştirak etmir və Şuşaya getmirdi.
Əldə etdiyimiz məlumata görə, onun budəfəki səfərdə dəvətsiz iştirak etməsi diqqət çəkib. Fransanın Azərbaycandakı səfiri Ann Buayon Qarabağa diplomatik korpusun səfərinə çağırılmayıbmış. Eyni zamanda Azərbaycan səfiri də 8 Mayda Parisda 2-ci dünya müharibəsi paradı keçirilən zaman Makron administrasiyası tərəfindən həmin mərasimlərə dəvət olunmamışdı. Lakin Fransa səfiri Ann Buayon çağırılmasa da, budəfəki səfərə öz təşəbbüsü ilə qoşulub.
Xanım səfirin Şuşada verdiyi açıqlamalar da maraqla qarşılanıb. Onun “Şuşa Azərbaycan mədəniyyətini başa düşmək, anlamağa imkan verən bir şəhərdir”, sözləri Qarabağın tarixi Azərbaycan torpaqları olmasının bir növ növbəti təsdiqidir. Axı mədəniyyət yalnız tarixi bağlılıq olan yerdə formalaşa bilər. Bu baxımdan Ann Buayonun Qarabağdan verdiyi mesajlar, tikinti-bərpa işlərinə heyran qalmasını bildirməsi çox əhəmiyyətlidir.
Qeyd edək ki, diplomatların Qarabağa səfəri təyyarə ilə Laçın hava limanından başlayıb ki, bu da böyük məna ifadə edir. Fransa səfirinin də yer aldığı diplomatik korpus üzvləri Laçın və Şuşadan sonra Xankəndidən keçməklə Ağdamda olublar.
Bütün bunlar Azərbaycanın uzun müddət apardığı haqlı mübarizəsinin yaratdığı reallıqdır və bu reallığı artıq Fransa da qəbul etməkdədir.
- Azərbaycanda axtarışda olan şəxs Rusiyaya təhvil verildi
- Ceyhun Bayramov İranın yeni səfirini qəbul etdi
- Sabah hərbi orkestrlərin müşayiəti ilə yürüşlər olacaq - MN
- Səhiyyə naziri məhkəməyə verildi
- İsrailə uduzanların “qələbə bayram”ları – Siyahı şok edir!
- Putin Ermənistanda “peşka”larını qurban verir
- Tehranın Bakını ittiham etməsinə güneylilərin - Cavabı
- İrana zərbə tamamlandı, yeni hücum isə belə olacaq