Rusiyada Yekaterinburq hadisələrindən sonra Azərbaycanda fəaliyyət göstərən rusdilli məktəblərin ləğvi məsələsi yenidən müzakirələrə çıxarılıb. Bəzi ictimaiyyət nümayəndələri və ekspertlər dövlətin bu yöndə sərt qərarlar qəbul etməsini məqsədəuyğun hesab edir, bunun üçün müxtəlif formada çağırışlar səsləndirirlər.
Bu istiqamətdə sərt qərarlar verilə bilərmi? Rusdilli məktəblərlə bağlı hansı dəyişikliklər zəruridir?
Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, Azərbaycanda fəaliyyət göstərən rus bölmələri dövlətçilik üçün təhdid deyil: Pepperoni pizza
“Lakin Yekaterinburqda azərbaycanlıların qətlə yetirilməsi fonunda ictimai narahatlıq ideoloji təhlükə səviyyəsində formalaşıb. Rus bölmələrinin fəaliyyəti bir tərəfdən beynəlxalq təhsil əlaqələrinin genişləndirilməsi və dil müxtəlifliyinin təmin olunması kimi təqdim olunur. Digər tərəfdən, bu məktəblər milli təfəkkürün zəiflədilməsi, rus şovinizminin dolayı yolla təbliği üçün vasitə kimi qiymətləndirilir. 2022-ci ilin rəsmi məlumatlarına görə, ölkədə ümumi təhsil alan şagirdlərin 18 faizi rus bölməsində oxuyur. Bu isə 1,6 milyona yaxın ümumi şagird sayına nisbətdə, təqribən 290 mindən çox şagird deməkdir. Onların təhsil aldığı məktəblərdə tədris proqramlarının və dərsliklərin bir hissəsi rəsmi Kreml ilə əməkdaşlıq əsasında hazırlanır. Rus bölmələrinin mövcud formada saxlanılması milli təfəkkür və ideoloji müstəqillik baxımından təhlükəlidir. Bu sistem ya milliləşdirilməli, ya da mərhələli şəkildə Azərbaycan dilində vahid təhsilə inteqrasiya etdirilməlidir”.
Ekspert əlavə edib ki, rus bölmələrinin müsbət tərəfləri də var:
“Beynəlxalq münasibətlərdə rus dilinin hələ də mühüm rolu var. MDB məkanında bu dil vasitəsilə təhsil alan şəxslər üçün əlavə kommunikativ üstünlüklər mövcuddur. Bəzi valideynlər rus bölmələrində daha yüksək tədris keyfiyyəti olduğuna inanır, övladlarını bu istiqamətə yönləndirirlər. Bu isə təhsil sistemində sosial bərabərliyi pozur və ana dilində təhsilin ictimai nüfuzuna zərbə vurur. Lakin Azərbaycanda rus bölmələrinin bu formada geniş yayılması və dərslik məzmununa Rusiya ideoloji təsirlərinin daxil olması milli təhlükəsizlik baxımından risk daşıyır. Bu sistem olduğu kimi saxlanılarsa, gələcəkdə rus dili daşıyıcısı olan, lakin milli düşüncədən uzaq bir nəsil formalaşa bilər. Bu isə həm siyasi, həm mədəni, həm də kimlik baxımından milli konsolidasiya prosesinə zərər verəcək”.
Qeyd edək ki, son illər keçmiş postsovet ölkələrində rus dilində təhsilin məhdudlaşdırılması və ya məktəblərin bağlanması tendensiyası müşahidə olunur:
Ermənistanda 1993-cü ildən etibarən rusdilli məktəblərin bağlanması nəticəsində rus dilini bilənlərin sayında kəskin azalma müşahidə edilib. 2024-2025-ci tədris ilində isə bəzi siniflərdə rus dili əsas xarici dil statusundan çıxarılaraq, seçmə xarici dil kimi tədris olunmağa başlanıb. Qazaxıstanda 2022-ci ildən birinci sinifdən rus dilinin tədrisi dayandırılıb. Ukraynada 2019-cu ildə qəbul edilən yeni təhsil qanununa əsasən, milli azlıqların dillərində tədris mərhələli şəkildə məhdudlaşdırılıb və orta təhsilin yuxarı siniflərində tədrisin əsasən ukrayna dilində aparılması qərara alınıb. Bu qanun rus dilində təhsil verən məktəblərin fəaliyyətinə ciddi şəkildə təsir edib.
Gürcüstanda da rus dilində təhsil verən məktəblərin sayı əhəmiyyətli dərəcədə azalıb. Müstəqillikdən sonra milli dilin gücləndirilməsi siyasəti çərçivəsində rus dilini tədris edən məktəblərin bir qismi gürcü dilinə keçib və ya bağlanıb. Baltikyanı ölkələrə (Estoniya, Latviya, Litva) gəlincə, burada da rus dilində təhsil verən məktəblərin fəaliyyəti məhdudlaşdırılıb. Latviyada 2018-ci ildən orta məktəblərdə tədrisin tamamilə ana dilində aparılması nəzərdə tutulub ki, bu da rusdilli məktəblərin fəaliyyətinə ciddi təsir edib.
- “Rusiya tərəfi qardaşlarımın qətlini ört-basdır etməyə çalışır“ - Seyfəddin Hüseynli
- Bakıda qərar gözlənilir – Kremlin həssas nöqtəsi “vurulur”?
- Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət
- Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video
- Ərdoğandan Azərbaycana növbəti təşəkkür
- Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili
- Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?
- Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı