Putinin “tut yemiş bülbülü” Solovyov dünən yenə əsib-coşdu, Azərbaycana qarşı hədələr səsləndirdi – dedi, elə edərik ki, siz pomidorunuzu Rusiyada sata bilməzsiz, o zaman görək pomidoru harda satacaqsınız.
BUTA.TV xəbər verir ki, bu sözləri siyasətçi Natiq Cəfərli qeyd edib. “5100 nüvə başlığı, 17 mln. kv.km ərazisi olan ölkənin təhdidinə baxın: “pomidorunuzu almarıq”! Belə düşük şimal qonşumuz var, məhz belə bəsit olduqlarına görə nüvə bombalarına, raketlərinə, ərazisinin böyüklüyünü baxmayaraq, Rusiya cılızdı, kiçikdi, heç vaxt sözün siyasi, iqtisadi, mənəvi mənasında böyük ölkə ola bilməyəcək”, - o bildirib.
Ekspert xatırladıb ki, 2025-ci ilin ilk 5 ayında Azərbaycan Rusiyaya 445 mln. dollarlıq mal satıb, Rusiyadan isə 1,7 mlrd. dollarlıq mal alıb:
“Rusiya bizə bizim onlara satdığından 3-4 dəfə çox mal satır. Yəni ticarət onlara daha çox sərf edir, bunu belə anlamırlar, amma biz istənilən halda yeni bazarlara çıxmağı bacarmalıyıq, əsas da Körfəz ölkələrinə və Orta Asiya respublikalarına ixracatımızı artırmalıyıq.
Fəzail Ağamalını ölümə aparan səbəb — Onlar bir-birinin üzünə necə baxırlar?
Pomidor məsələsi də belədir – ölkə olaraq bu ilin ilk 5 ayında 113 mln. dollarlıq 98,5 min ton pomidor satmışıq ki, Rusiyaya ixrac dəyəri, təqribən, 1 dollar 15 sentə düşür, Körfəz ölkələrində Azərbaycan pomidoru keyfiyyətində tomat yoxdur, ortalama qiymət isə 2 dollar civarındadır. Niyə, məsələn, ərəblərə satmayaq ki?!”
- Pol Qobl: Azərbaycan regionda dominant oyunçuya çevriləcək!
- ABŞ Azərbaycana qayıqlar tədarük edəcək - Vens
- Vardanyan məhkəmədə son çıxışını etdi
- Daha bir marşrut üzrə avtobuslar yeniləndi
- İlham Əliyevin ABŞ-nin vitse-prezidenti ilə məhdud tərkibdə görüşü başlayıb
- "Bank Avrasiya" ən çox şikayət edilən bank oldu
- Bakının köhnə binalar təmir olunacaq - 25 milyon ayrıldı
- Sabiq hərbi komissar məhkəmə zalında həbs edildi